Rusiya təyyarələri İdlibi bombaladı  - FOTO

  • By admin
  • 18 Aprel 2017 18:05

unnamed (15)

Rusiya Ordusunun hava qüvvələrinin İdlibə hücumları bu gün də davam edib.

Gununsesi.info Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriyanın İdlib bölgəsində Rusiya ordusunun təşkil etdiyi hava hücumunda 15 mülki vətəndaş həyatını itirib.

Belə ki, həyatını itirən mülki vətəndaşlar arasında qadın və uşaqlar da olub.

Suriyanın keçid hökumətinin səhiyyə naziri Ferras Cundi insan tələfatı ilə nəticələnən hava hücumunun bu gün İdlibin cənubunda Cəbəl Zevin mahalına bağlı Maaret Herman diyarında həyata keçirildiyini bildirib. Hücum zamını 9 uşaq, biri qadın, 5-i kişi olmaqla, ümumilikdə 15 nəfər həyatını itirib.

Anar
Gununsesi.info