Rusiya təyyarələrinə sanksiya tətbiq edilir

ABŞ Ticarət Nazirliyi Rusiyanın biznes şirkətlərinin təyyarələrinə qarşı sanksiya tədbiq edəcək.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, Meridian Hava Yollarına məxsus üç Gulfstream Aerospace G450 biznes təyyarəsi və bir Airbus A320, Şimal-Qərbdən iki Gulfstream G550 və G650, bir G650 və Boeing 737 Premier Avia təyyarəsi və RusJet-in bir Airbus A319 təyyarəsi “qara siyahıya salınıb”.

Sanksiyaya məruz qalan 9 biznes-jetdən yalnız iki Meridian təyyarəsi Rusiya daxilində, həmçinin Türkiyə (İstanbul, Dalaman və Bodrum) və Azərbaycana (Bakı) uçuşlarını davam etdirir. Başqa bir Gulfstream təyyarəsi keçən ilin sentyabrından, digəri isə 2023-cü ilin iyunundan uçmayıb.

Həmçinin ABŞ Ticarət Departamentinin Sənaye və Təhlükəsizlik Bürosu Rusiya magistral aviaşirkətlərinin yeni təyyarələrini siyahıya əlavə edib. Siyahı Aeroflot, Pobeda, S7 Airlines, Norwind, Nordstar, Ural Airlines, Utair, Yamal, Smartavia və başqaları tərəfindən idarə olunan 117 ədədlə tamamlanıb.

Ümumilikdə, ABŞ Ticarət Nazirliyinin sanksiyalar siyahısına indi Rusiya şirkətlərinin 297 təyyarəsi, o cümlədən milyarder Roman Abramoviçin iki biznes-jeti də daxildir.

Rusiya mülki aviasiyasına qarşı sanksiyalar ilk dəfə 2022-ci ilin martında Ukraynaya qarşı müharibənin başlamasına cavab olaraq tətbiq edilib. Eyni zamanda, ABŞ, Aİ, Böyük Britaniya və Kanada səmalarını Rusiya təyyarələri üçün bağlayıb. Bundan sonra Vaşinqton bütün dünya üzrə beynəlxalq hava limanlarına xəbərdarlıq edib ki, sanksiyalar Rusiyadan gələn təyyarələrə yanacaq doldurmağı, onlara texniki qulluq və təmiri qadağan edir.

Sanksiyalar, eləcə də icarəyə verənlərin 500-dən çox “Boeing” və “Airbus” təyyarələrini geri qaytarmaq tələbi ilə əlaqədar Rusiya aviadaşıyıcıları xaricə uçuşları praktiki olaraq dayandırıb.

Aviaportun icraçı direktoru Oleq Panteleyev deyir ki, “dost olmayan” ölkələrə uçuşlar aviaşirkətlər və biznes reaktiv operatorları üçün mümkün deyil.

“Bununla belə, əgər ABŞ səlahiyyətliləri qoyulmuş məhdudiyyətlərin həyata keçirilməsinə ciddi nəzarət edə bilsələr, texniki xidmətlə bağlı problemlər daha da pisləşə bilər. Ancaq başqa heç nə yoxdur”.

Qeyd edək ki, hüquqşünas Qleb Boykonun bildirib ki, sanksiya tətbiq edilmiş təyyarələrdə xaricə uçuşlar aşkar olunarsa, Amerika qanunları ABŞ hakimiyyətini təyyarələri məhkəmədə müsadirə etmək hüququ verir.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info