Rusiya təyyarəsi Almaniyanı təşvişə saldı: Döyüş təyyarələri havalandı

  • By admin
  • 31 Yanvar 2024 08:54

Baltik dənizi üzərində beynəlxalq hava məkanında uçan Rusiya kəşfiyyat təyyarəsinin Almaniya Hərbi Hava Qüvvələrində təşvişə səbəb olduğu bildirilir.

Gununsesi.info-nun məlumatına görə, Almaniya mətbuatında yer alan xəbərdə Rusiya kəşfiyyat təyyarəsinin Rügen adası sahillərində transpondersiz uçan İlyuşin İl-20 tipli hava qüvvələrinə aid döyüş təyyarələrinin təcili olaraq havaya qalxdığı bildirilib.

Almaniya Hərbi Hava Qüvvələrinin X sosial media platformasındakı hesabından verilən açıqlamada Baltik dənizi üzərində bir müddət Rusiyaya məxsus hərbi kəşfiyyat təyyarəsinin müşayiət edildiyi bildirilib.

Qeyd edək ki, ötən ilin aprelində də oxşar hadisə baş vermişdi, alman döyüş təyyarələri bir müddət Rusiya təyyarəsini müşayiət edərək hava məkanından çıxarmışdı.

Gununsesi.info