Rusiyanın Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsinin qəzaya uğradığı yerdə sərnişinlərdən birinin meyiti tapılıb.
Gununsesi.info xəbər verir ki, bu barədə hərbi idarənin rəsmi nümayəndəsi mayor İqor Konaşenkov məlumat verib.
“Soçinin sahil xəttinin 6 km-də Rusiyanın Müdafiə Nazirliyinə məxsus “Tu-154″ təyyarəsinin qəzaya uğraması nəticəsində ölən sərnişinin meyiti tapılıb. Cəsəd xilasetmə gəmisinin göyərtəsinə qaldırılıb”, – deyə Konaşenkov bildirib.
Gununsesi.info