Rusiya təcili islahatlara getməzsə,Qərbin sanksiyaları ciddi təsir edəcək - SABİQ NAZİR

  • By admin
  • 27 İyul 2017 16:46
1495722382
“Əgər Rusiya təcili olaraq islahatlar həyata keçirməzsə, o zaman Qərbin sanksiyalarının ciddi təsri olacaq və bu yaranmış durumdan çıxmaq çox  mürəkkəb olacaq”.
 Gununsesi.info xəbər verir ki, bu fikri Strateji  araşdırma mərkəzinin rəhbəri, Rusiyanın sabiq maliyyə naziri Aleksey Kudrin Qərbin Rusiya tətəbiq etdiyi sanksiyaların təsiri haqqında mövqeyini  Reutersə açıqlayarkən deyib.
Onun sözlərinə görə, qarşıdakı 6-7 il ərzində bu sanksiyalar o qədər də təsiri olmayacaq. “Ancaq bundan sonra iqtisadi inkişaf tempinin zəifləməsi və əhalinin yaşam tərzinin aşağı düşməsi açıq şəkildə özünü biruzə verəcək. Əgər hakimiyyət yaxın zamanda  genişmiqyaslı islahatlara başlamazsa, o zaman vəziyyəti yaxşılığa doğru dəyişmək çətin olacaq”- deyə, sabiq nazir  vurğulayıb. O, hesab edir ki, Rusiya hökuməti yaxın gələcəkdə genişmiqyaslı infrastruktur islahatlarına başlayarsa sanksiyalrın təsirini yumşalda bilər.
Sabiq nazirin fikrincə, belə genişmiqyaslı islahatlar isə ancaq 2018-ci ildə keçirləcək prezident seçkilərindən sonra mümkün ola bilər:
“İndi seçkiöncəsi bir vəziyyyət də siyasi şərait genişmiqyaslı ciddi islahatlar aparmağa imkan vermir”.
 Kudrin onu da  qeyd edib ki, əgər bundan sonra Rusiyaya qarşı sanksiyalar davam etməyəcəksə və dah da sərtləşdirlməyəcəksə, o zaman 3 ildən sonra iqtisadi inkişaf tempinə nail olmaq olar.
Gununsesi.info