Rusiya təhdid etdi: AB qazsız qalacaq

  • By admin
  • 04 Mart 2018 17:53


Avropada qış daha soyuq olur, buna görə də rus qazına tələbat artacaq.

Gununsesi.info xəbər verir ki, bu sözləri öz Tvitter səhifəsində rusiyalı senator Aleksey Puşkov paylaşıb.

“Qış Avropada getdikcə soyuq olur, buna görə də ona daha çox rus qazı lazım olacaq. Ona tələbat artır. ABŞ-dan bunu gətirmək mümkün deyil. Rusiya ilə konfliktin uzadılması Avropa Birliyinin maraqlarına xidmət etmir” – deyə o bildirib.

 

Gununsesi.info