Rusiya Təhlükəsizlik Şurasının rəhbəri: ”Biz müharibə istəmirik, o heç bizə lazım da deyil”

  • By admin
  • 30 Yanvar 2022 23:10

Rusiya Təhlükəsizlik Şurasının rəhbəri deyir Rusiya müharibə istəmir və Ukraynanı da heç bir şəkildə təhdid etmir, amma o, ABŞ hakimiyyətini günahlandırır

 

Son vaxtlar Rusiya isteblişmentində beynəlxalq mübahisələrin həlli vasitəsi kimi sülhsevərlik və müharibənin rədd edilməsi barədə rəsmi bəyanatlar getdikcə daha çox eşidilir.

Bazar günü Rusiya Təhlükəsizlik Şurasının rəhbəri Nikolay Patruşev və Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelinin bəyanatları dərc olunub.

Rusiya müharibə istəmir və Ukraynanı heç bir şəkildə təhdid etmir, ABŞ hakimiyyətinin bunun əksinə olan bütün bəyanatları tamamilə absurddur.

TASS-ın məlumatına görə, bu sözləri bazar günü jurnalistlərə Sankt-Peterburqdakı Piskarevski memorial qəbiristanlığında Leninqrad mühasirəsi qurbanlarının xatirəsini yad edən Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev deyib.

“Hazırda deyirlər ki, Rusiya Ukraynanı təhdid edir. Tam absurddur! Heç bir təhlükə yoxdur” , “Ukraynalıların özləri, o cümlədən rəsmilər bəyan edirlər” ki, heç bir təhlükə yoxdur. “Xeyr, Amerika rəsmiləri deyirlər ki, təhlükə var və onlar sonuncu ukraynalını silahla təmin edərək döyüşməyə hazırdırlar”, – Təhlükəsizlik Şurasının katibi bildirib.

Onun sözlərinə görə, amerikalıları hər iki tərəfin hansı itkilərə məruz qalacağı narahat etmir.

Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin yanvarın 29-da “The Sunday Times” qəzetinə verdiyi müsahibədə Rusiyanın Ukraynaya qarşı müharibə istəmədiyini vurğulayıb.

O yaranan gərginliyin diplomatik yollarla həll edilməli olduğunu bildirib.

“…Biz tamamilə əminik ki, bu məsələ diplomatiya, danışıqlar yolu ilə həll oluna bilər və həll edilməlidir”, – deyə o, Rusiyanın müharibə istəyirmi sualına belə cavab verib.

 

Gununsesi.info