Rusiya tərəfi İstanbulda ilk mühüm nəticə əldə edəcək

  • By admin
  • 29 Mart 2022 13:19

Rusiya tərəfi İstanbulda keçirilən Ukrayna ilə danışıqlarda ilk mühüm nəticənin əldə ediləcəyinə ümid edir. 

Gununsesi.info xəbər verir ki, bu barədə TASS-a danışıqlarla tanış olan Rusiya mənbəsi bildirib.

“Biz ilk mərhələyə, əlamətdar nəticəyə ümid edirik”, – agentliyin həmsöhbəti bildirib.

Mənbə qeyd edib ki, İstanbulda “yekun nəticə” əldə olunmasa, Rusiya-Ukrayna danışıqları videoformat vasitəsilə davam edə bilər: “Lakin Moskva sürətlə irəliləyişə ümid edir”.

Rusiya-Ukrayna danışıqlarının növbəti raundu bu gün İstanbuldakı Dolmabaxça sarayında keçirilir. İkitərəfli müzakirələrdən əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna və Rusiya nümayəndə heyətləri ilə görüşüb və çıxış edib.

Gununsesi.info