Rusiya təyyarəsi təcili eniş etdi

  • By admin
  • 19 Dekabr 2020 21:17

Utair aviaşirkətinə məxsus “Boeing 737” sərnişin təyyarəsi İqarka-Ufa marşrutu üzrə uçarkən Surqut aeroportunda təcili eniş etməlıi olub.

Gununsesi.info “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə hava limanında bildirilib.

“Təyyarə eniş edib, hər şey qaydasındadır”, – aeroportdan bildiriblər.

Daha əvvəl xəbər verilib ki, təyyarə təcili eniş etməyə hazırlaşır. Məlumata görə, uçuşdan sonra “Boeing 737”-nin hava təzyiqi tənzimləyicisinin nasazlıq sensoru işə düşüb. Hadisə zamanı təyyarədə 121 nəfər olub, onlardan 116-sı sərnişin olub.

Gununsesi.info