Rusiya təyyarəsinin qəzaya uğradığı yerdə bir sərnişinin meyiti tapılıb

  • By admin
  • 25 Dekabr 2016 12:08

tu

 

Rusiyanın Müdafiə Nazirliyinə məxsus “Tu-154” təyyarəsinin qəzaya uğradığı yerdə sərnişinlərdən birinin meyiti tapılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə hərbi idarənin rəsmi nümayəndəsi mayor İqor Konaşenkov məlumat verib.

“Soçinin sahil xəttinin 6 km-də Rusiyanın Müdafiə Nazirliyinə məxsus “Tu-154″ təyyarəsinin qəzaya uğraması nəticəsində ölən sərnişinin meyiti tapılıb. Cəsəd xilasetmə gəmisinin göyərtəsinə qaldırılıb”, – deyə Konaşenkov bildirib.

 

Gununsesi.info