Rusiya Talibana silah göndərir?

  • By admin
  • 23 May 2017 21:57

vinsert

 

Rusiyanın Talibana silah və maliyyə yardımı etməsi ilə bağlı sübut yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ-ın Kəşfiyyat Agentliyinin direktoru Vinsent Stevart deyib.

“Ruslar Talibanla əlaqədədir. Rusların Talibana dəstək verməsi ilə bağlı bəzi işarələr var. Lakin qruplaşmaya pul və silah göndərməsi ilə bağlı konkret fakt yoxdur”, – deyə Stevart bildirib.

Qeyd edək ki, ABŞ-ın Əfqanıstandakı generalları Rusiyanın Talibanla əməkdaşlıq etdiyini iddia etmişdilər.

 

Gununsesi.info