“Rusiya tamamilə demokratik ölkədir” - Peskov

  • By admin
  • 26 Dekabr 2021 20:49
Rusiya “ tamamilə demokratik” ölkədir və bunun əksini söyləyənlər ölkə həyatının xüsusiyyətlərini bilmirlər.
Gununsesi.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalının efirində “Moskva. Kreml. Putin.” proqramına müsahibəsində Vladimir Solovyovun suallarını cavablandırarkən deyib.
“Rusiya həqiqətən güclü, çox qürurlu və çox azad insanların yaşadığı tamamilə demokratik ölkədir. Əgər kimsə bunun əksini deyirsə, o, sadəcə olaraq bizim ölkəmizi bilmir və anlamır”, – Peskov bildirib.
Aparıcının Rusiyanın diktatura, yoxsa demokratiya olması sualını şərh edən Kreml sözçüsü vurğulayıb ki, bu, ilk növbədə, suveren dövlətdir. “Biz Rusiya Federasiyasıyıq, biz suveren dövlətik. Prezident Vladimir Putin nə çox, nə də az Rusiya Federasiyasının Konstitusiyasında nəzərdə tutulan səlahiyyətlərə malikdir”, – o deyib.
Gununsesi.info