Bu gün saat 10:00-a təyin olunmuş Tbilisi-Moskva çarter reysi uçuşa 20 dəqiqə qalmış ləğv olunub.
Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya tərəfi uçuşun yerinə yetirilməsinə müvafiq icazəni ləğv edib.
Bildirib ki, reys ətrafında Gürcüstanda yaradılan ajiotaj problemlərə səbəb olub. Eyni zamanda, reysə bütün biletlərin satıldığı vurğulanıb.
Qeyd edək ki, Rusiya və Gürcüstan arasında birbaşa uçuşlar 2019-cu ilin iyulundan dayandırılıb. Bugünkü reys birdəfəlik icazə əsasında həyata keçiriləcəkdi.
Gununsesi.info