
Rusiya Ukraynanın Donetsk vilayətinin Toretsk şəhərini vurub.
Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, hücum zamanı 5 və 9 mərtəbəli yaşayış evlərinin bəziləri dağıdılıb. 2 nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb.
Ukrayna Fövqəladə Hallar Xidmətindən verilən açıqlamada deyilir ki, dünən gecə rus ordusu idarə etdiyi hava bombaları ilə şəhərə hücum edib.
Məlumata əsasən xilasedicilər həmçinin 5 mərtəbəli yaşayış binasının çökmüş konstruksiyalarının altından 2 nəfərin meyitini çıxarıb.
“Xilasetmə qrupları qismən dağılmış 9 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsindəki mənzildə meyit hissələri aşkar edərək şəxsiyyətlərinin müəyyən edilməsi üçün Ukrayna Milli Polisinə təhvil veriblər”, – deyə məlumatda bildirilir.
Gununsesi.info