Rusiya Tovuz istiqamətində niyə hərbi baza açır? – Hərbi ekspertdən açıqlama

 Gununsesi.info xəbər verir ki, Hərbi ekspert Rusiyanın Ermənistan-Azərbaycan sərhəd xəttinin Tovuz istiqamətində hərbi hissə açması məsələsinə də aydınlıq gətirib: “Bu, Rusiya ilə Ermənistan arasında olan müqaviləyə və şərtlərə görə atılan bir addımdır. Rusiya Azərbaycanın strateji müttəfiqidir. Ona görə də, burada da hər hansı bir problem yoxdur. 10 noyabr 2020-ci il Bəyanatına imza atanlardan biri də Rusiya dövlətidir. Bu baxımdan Ermənistan ərazisində Rusiya hərbi hissəsinin harada yerləşdirilməsinin Azərbaycana təhlükəsizlik baxımından elə bir təsiri yoxdur”.

Şair Ramaldanov hesab edir ki, Azərbaycan tərəfi sərhəddə olan hər bir prosesi diqqətlə izləyir: “Bu, sərhədlərimizə yaxın yerləşdirilmiş hərbi hissə ilə də bağlıdır. Azərbaycan sözsüz ki, bütün bunları nəzərə alır. Buna qarşı prinsip cəhətdən hər hansı bir tədbirlər olarsa, adekvat reaksiya verəcək. Ona görə də, burada heç bir problem yoxdur. Azərbaycan üçün hər hansı bir təhlükə yaradacaq məqam yoxdur”.

HTML tutorial

Gununsesi.info