Rusiya Trampın hədəsinə cavab verdi

“ABŞ lideri Donald Trampın iyulun 14-də səsləndirdiyi bəyanatlar Moskvaya dekorativ ultimatumdur, onun da fərqinə varmayıb”.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev X-də yazıb.

Bu, Moskvanın Vaşinqtonun dünənki bəyanatlarına ilk rəsmi reaksiyasıdır.

“Tramp Kremlə dekorativ ultimatum verib. Dünya bunun nəticələrini gözləyərək titrədi. Müharibə aparan Avropa İttifaqı məyusdur. Rusiya bunu hiss etməyib”, – Medvedev bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Rusiyanı Ukrayna ilə 50 gün ərzində atəşkəs əldə etməsə, 100%-lik tariflərlə hədələmişdi.

Gununsesi.info