
“Yanvarın 23-də Rusiya və Türkiyə Suriya ilə bağlı Astanada razılıq əldə etməyə çalışacaq. Hər iki dövlət Əsəd rejimini Suriyanın siyasi və hərbi müxalifəti ilə barışdırmaq istəyir. Rusiya-Türkiyə ittifaqı Qərbə sübut etmək istəyir ki, Vaşinqton və Brüsselin iştirakı olmadan da Suriya problemini yoluna qoya bilər”.
Gununsesi.info xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Görəsən, eyni ittifaq Qərbi kənarda qoyaraq Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini də sürətləndirə bilərmi? Ankara buna hazırdır, yetər ki, Moskva nəhayət ki, konkret mövqe ortaya qoysun. 2017-ci ildə bu ittifaqın daha hansı imkanlara malik olacağını müşahidə etmək imkanı qazanacağıq”-deyə, o, sözlərinə əlavə edib.
Gununsesi.info