Rusiya-Türkiyə razılığı:  İran Suriyadan çıxarılır

  • By admin
  • 04 May 2017 19:22

lavrentyev

 

Suriya qırıcıları yaradılacaq olan xüsusi təhlükəsiz zonalarda uçuş həyata keçirməyəcək.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya lideri Vladimir Putin xüsusi nümayəndəsi Aleksandr Lavrentyev deyib.

“Suriya Xarici İşlər Nazirliyi gərginliyin azaldılması ilə bağlı Rusiya tərəfinin təklifini məmnuniyyətlə qarşıladı. Bu açıqlamadan sonra Suriya qırıcılarının təhlükəsiz zonalarda uçuşlarının dayanacağını düşünürük”, – Rusiya rəsmisi bildirib.

Lavrentyev eyni zamanda hazırki razılığın uğurla həyata keçiriləcəyi təqdirdə İran hərbi qüvvələrinin Suriyadan çıxarılması məsələsinin də müzakirə ediləcəyini istisna etməyib:

“Türkiyə tərəfinin xoş niyyətindən şübhəmiz yoxdur. Türkiyə Astana prosesinin qarant ölkələrindən biridir”.

Qeyd edək ki, dünən Lavrentyev Astana sammitində Suriyanın 4 təhlükəsizlik zonasına bölünməsi ilə bağlı işlərin yekunlaşmaq üzrə olduğunu bildirib.

 

Gununsesi.info