“Rusiya, Türkiyə və İran hesab edir ki, Suriyada rejimin devrilməsi yox, terrorun aradan qaldırılması prioritet olmalıdır” - NAZİR

  • By admin
  • 21 Dekabr 2016 07:47

lavr-3

Rusiya, Türkiyə və İran hesab edirlər ki, Suriyada rejimin devrilməsi yox, terror təhlükəsinin aradan qaldırılması bir nömrəli prioritet olmalıdır.

Gununsesi.info-nun “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ötən gün Suriya XİN rəhbəri Sergey Lavrov bildirib.

Nazirin sözlərinə görə, Rusiya, İran və Türkiyəni məhz bu nöqteyi-nəzər birləşdirir: “Bizim mövqelərimiz bu məsələdə üst-üstə düşür”.

Müxtəlif ölkələrin silahlı qüvvələrinin Suriyadakı əməliyyatlarda iştirak etməsi məsələsinə  gəlincə isə Lavrov bu iştirakın əsas məqsədinin terrorla mübarizə olduğunu qeyd edib: “Bu məqsəd həm Amerika koalisiyası tərəfindən, həmdə, “Ərəfat qaıxanı” əməliyyatını keçirən türkiyəli dostlarımız tərəfindən də bəyan edilib.  Bütün hallarda – istər dəvətlə, istərsə də dəvətsiz Suriyada olanların hamısı Suriya Ərəb Respublikasının suverenliyi, ərazi bütövlüyü, vahidliyi və müstəqilliyini tanıdıqlarını təsdiqləyirlər”.

Gununsesi.info