Rusiya, Türkiyə və İranın iştirakı ilə sammit keçiriləcək

  • By admin
  • 22 Dekabr 2021 10:00

Rusiya, Türkiyə və İran Tehranda Suriya məsələləri ilə bağlı “Astana” formatında zirvə görüşünün keçirilməsi barədə razılığa gəliblər.

Gununsesi.info  “TASS”a istinadən xəbər verir ki, görüş 2022-ci ilin fevral-mart aylarında keçiriləcək.

HTML tutorial

İran Xarici İşlər Nazirliyinin xüsusi siyasi məsələlər üzrə baş məsləhətçisi Ali Asqar Haci belə bir görüşün gələn ilin əvvəlində keçiriləcəyini təsdiqləyib.

Diplomatın sözlərinə görə, yekun qərar pandemiya ilə bağlı vəziyyətdən asılı olacaq.

Qeyd edək ki, dekabrın 21-i Qazaxıstanın Nur-Sultan şəhərində Suriya ilə bağlı “Astana” formatında danışıqlar başlayıb. Danışıqlarda İran, Rusiya, Türkiyə, eləcə də Suriyanın hökumət nümayəndələri, Suriya silahlı müxalifətinin və BMT-nin nümayəndələri iştirak edir.

Xatırladaq ki, Suriya ilə bağlı “Astana” formatı üzrə müzakirələr 2017-ci ildən keçirilir.

Gununsesi.info