Rusiya Türkiyədən kömək istəyib

Rusiya qoşunlarının Suriyadan təhlükəsiz şəkildə çıxarılmasını təmin etmək üçün Türkiyəyə dəstək üçün müraciət edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “CNN Türk”ün məlumatında bildirilib.

Qeyd olunur ki, Moskvanın müraciətinə rus qoşunlarının Suriyadan Türkiyənin nəzarəti altında olan ərazilərə aparılması və daha sonra hava yolu ilə Rusiyaya göndərilməsi daxildir.

Eyni zamanda, telekanal Rusiyanın Suriyadakı Tartus və Xmeymimdəki bazalarını saxlamaq niyyətində olduğunu iddia edib. Digər bölgələrindən isə qoşunların çıxarılması üçün Türkiyədən kömək istənilib.

Suriyadakı əsas Rusiya kontingenti Latakiya şəhəri yaxınlığındakı Xmeymim aviabazasında və Aralıq dənizi sahilindəki Tartus limanındakı hərbi dəniz bazasında yerləşdirilib. Dekabrın 8-də Rusiya Xarici İşlər Nazirliyi bazaların “yüksək döyüş hazırlığı rejimində” olduğunu və “hazırda onların təhlükəsizliyinə heç bir təhdid olmadığını” bəyan edib.

 

Gununsesi.info