Rusiya Türkiyəyə təyyarələr göndərdi

Rusiya Fövqəladə Hallar Nazirliyi Türkiyədə baş vermiş meşə yanğınlarının söndürülməsi üçün  2 ədəd Be-200 amfibiya yanğınsöndürmə təyyarəsi göndərib.

Gununsesi.info xəbər verir ki, nazirliyə məxsus 2 amfibiya yanğınsöndürmə təyyarəsinin Rusiya prezidenti Vladimir Putinin göstərişi əsasında Rostov-na-Donudakı Platov hava limanından havaya qalxdığı bildirilib.

Fövqəladə Hallar Nazirliyinin aviasiya qrupu təyyarələrin çətin şəraitdə işləyə biləcəyini qeyd edib.

Be-200 model təyyarələri yanğınları izləmək və aşkar etmək üçün yerin təsvirini ötürən infraqırmızı termal kameralarla təchiz edilib.

 

Tərcümə

Şəbnəm

Gununsesi.info