Rusiya, Türkiyə və İran birləşdi - BİRGƏ MƏRKƏZ YARADIRLAR

  • By admin
  • 15 Sentyabr 2017 15:54

581559

Rusiya, Türkiyə və İran deeskalasiya zonalarında nəzarət məqsədilə birgə koordinasiya mərkəzi yaradacaqlar.

Gununsesi.info xəbər verir ki, bu barədə qərar Qazaxıstanın paytaxtı Astanada Suriya üzrə keçirilən danışıqlar çərçivəsində “qarant-ölkələr” tərəfindən qəbul olunub.

Bununla bağlı birgə bəyanatın mətnini Qazaxıstan XİN-in rəhbəri Kayrat Abdrahmanov oxuyub.

Gununsesi.info