Rusiya Türkiyəyə qarşı qadağanı aradan qaldırdı

  • By admin
  • 22 İyul 2016 11:20

avia

Rusiya Türkiyəyə aviauçuşlara olan qadağanı aradan qaldrdı Rusiya Türkiyəyə aviauçuşlara qoyduğu qadağanı aradan qaldrdı. Gununsesi.info “RİA-Novosti”yə istinadən xəbər verir ki, “Rosaviasiya” iyulun 22-dən etibarən Türkiyəyə aviauçuşlara olan qadağaları aradan qaldırıb. Ankara Moskvaya Rusiyadan olan vətəndaşlarınin təhlükəsizliyini təmin edilməsi ilə bağlı təminat verib və bununla bağlı tədbirlər planını qəbul edib. Aviadaşıyıcılar da artıq “Rosaviasiya”nın bu çağırışına cavab verib və artıq “Aeroflot” Türkiyəyə, xüsusən də İstanbul və Antalya istiqamətinə bilet satışını bərpa edib. “Rosaviasiya”-nın uçuşlara qadağa qoymasına səbə Türkiyədə iyulun 15-də baş verən olaylar olub.

Gununsesi.info