Rusiya Türkmənistana hava məkanını bağlayır.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi “Turkmenxovayolları” nın reysləri üçün bağlayacaq.
Gununsesi.info Rusiya mediasına istinadən xəbər verir ki, sentyabrın 19-dan etibarən qərar qüvvəyə minəcək. Buna səbəb “Turkmenxovayolları”nın Rusiyaya 220 min dollar həcmində hava nəqliyyatı naviqasiya xidməti borcunu ödəməməsidir.
Agentlikdən bildirilib ki, 2016-cı il müddətində “Turkmenxovayolları” dəfələrlə borcu ödəməklə bağlı öhdəlik götürsə də, öhdəliyi yerinə yetirməyib.
Hazırda “Turkmenxovayolları” Rusiya hava məkanından istifadə etməklə Aşxabaddan Moskvaya, Sank-Peterburqa, Minskə, Londona və Birminqemə uçuşlar həyata keçirir.
Gununsesi.info