Rusiya Türkmənistana hava məkanını bağlayır

  • By admin
  • 15 Sentyabr 2016 16:10
turkmenxava
Rusiya Türkmənistana hava məkanını bağlayır.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyi  “Turkmenxovayolları” nın reysləri üçün bağlayacaq.
Gununsesi.info Rusiya mediasına istinadən xəbər verir ki, sentyabrın 19-dan etibarən  qərar qüvvəyə minəcək. Buna səbəb  “Turkmenxovayolları”nın Rusiyaya 220 min dollar həcmində  hava  nəqliyyatı naviqasiya xidməti borcunu ödəməməsidir.
Agentlikdən bildirilib ki, 2016-cı il müddətində  “Turkmenxovayolları” dəfələrlə  borcu ödəməklə bağlı öhdəlik  götürsə də, öhdəliyi yerinə yetirməyib.
Hazırda  “Turkmenxovayolları” Rusiya hava məkanından istifadə etməklə Aşxabaddan Moskvaya, Sank-Peterburqa, Minskə, Londona və Birminqemə uçuşlar həyata keçirir.
 
Gununsesi.info