Rusiya üç slovak diplomatı ölkədən çıxarır

  • By admin
  • 31 Avqust 2020 19:24

Rusiya üç diplomatının ölkədən çıxarılmasına cavab olaraq Slovakiyanın Moskvadakı səfirliyinin üç əməkdaşını ölkədən çıxarmaq qərarına gəlib. 

Gununsesi.info xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik bildirib ki, Moskva rus diplomatları ilə bağlı Slovakiya tərəfinin hərəkətini “əsassız” sayır və buna qəti etirazını bildirir: “Bratislavanın bu dostyana olmayan addımını ölkələrimiz arasındakı münasibətlərin ənənəvi konstruktiv inkişaf ruhuna zidd olaraq qiymətləndiririk”.

Bəyanatda Rusiya XİN-in bu kimi qərarlarda qarşılıqlı münasibət prinsipini rəhbər tutduğu vurğulanıb.

Xatırladaq ki, bundan əvvəl Slovakiya Xarici İşlər Nazirliyi davranışları ilə “Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyası”na zidd olduğu iddia edilən üç Rusiya diplomatının ölkədən çıxarılacağını elan etmişdi.

 

 

Gununsesi.info