Rusiya-Ukrayna böhranı pik həddə YÜKSƏLİB

Uzun müddətdir davam edən Rusiya-Ukrayna böhranında gərginlik pik həddə yüksəlib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Rusiya ilə Ukrayna arasında gərginliyin artmasından sonra ABŞ Hərbi Dəniz Qüvvələrinin xidmət ərazisi Avropa olan 6-cı donanmaya 4 gəmi göndərdiyi bildirilib.

HTML tutorial

ABŞ Hərbi Dəniz Qüvvələrindən verilən açıqlamada, “ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus USS Sullivans (DDG 68), USS Gonzalez (DDG 66), USS Donald Cook (DDG 75) və USS Mitscher (DDG 57) esminesləri Avropa əməliyyat zonasında fəaliyyət göstərəcək”, – deyə bildirilib.

“ABŞ Altıncı Donanması Türkiyəni və NATO müttəfiqlərimizi dəstəkləmək üçün bir sıra dəniz fəaliyyətlərində iştirak edəcək”, – deyə ABŞ tərəfindən məlumat yayılıb.

Gununsesi.info