Rusiya Ukrayna ilə 20 illlik müqaviləni ləğv etdi

  • By admin
  • 01 Aprel 2019 22:11

Rusiya və Ukrayna arasında dostluq əlaqələri dayandırılıb.

Gununsesi.org verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, 31 may 1997-ci ildə Kiyevdə imzalanan və 1 aprel 1999-cu ildə qüvvəyə minən “Dostluq, Əməkdaşlıq və Tərəfdaşlıq Anlaşması” bu gün bitib.

 Qeyd edilib ki, sənəd iki ölkə arasında starteji ortaqlığı təmin etmək üçün idi. Müqaviləyə görə, ölkələr bir-birilərinin ərazi bütövlüyünü və sərhədlərin toxunulmazlığını təsdiqləməlidir.

Rusiya Ukraynanın buna əməl etmədiyini iddia edərək müqaviləni dayandırıb.