Rusiya Ukrayna ilə bağlı danışıqlara açıq olub, hazırdır və olacaq.
Gununsesi.info xəbər verir ki, bu barədə “Bloomberg”ə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kreml nümayəndəsi nəşrdə Rusiyanın Ukraynadakı münaqişəyə son qoymaq üçün danışıqlara açıq olması ilə bağlı dolayı kanallar vasitəsilə ABŞ-a siqnallar göndərdiyinə dair məlumatı belə şərh edib.
“Putin dəfələrlə Rusiyanın Ukrayna ilə bağlı danışıqlara açıq və hazır olduğunu bildirib. Məqsədlərimizə çatmaqda qərarlıyıq. Biz isə buna diplomatik yollarla nail olmağa üstünlük verərdik. Əks halda, hərbi əməliyyat məqsədlərimizə çatana qədər davam edəcək”, – Peskov bildirib.
Gununsesi.info