“Rusiya Ukrayna ilə danışıqlar aparmağa hazırdır. Bu, Qərb ölkələrindən birinin ərazisində də baş tuta bilər”.
Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı yüksəkvəzifəli mənbəyə istinadən “İzvestiya” yayıb.
Xatırladaq ki, Rusiya və Ukrayna arasında danışıqlar 2022-ci ilin mayında dayandırılıb. Həmin ilin sentyabrında Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, “Donetsk və Luqansk Xalq Respublikaları”nı ilhaq edib.
Bunun ardınca, Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti ilə danışıqları istisna edən fərman imzalayıb. Putin isə öz növbəsində oktyabrın 18-i bildirib ki, Ukrayna sözügedən fərmanı ləğv edərsə iki ölkə arasında danışıqlar başlaya bilər
Gununsesi.info