Rusiya Ukrayna ilə taxıl daşınması sazişinə yenidən qoşulub

  • By admin
  • 02 Noyabr 2022 18:02

Rusiya  Ukrayna taxılının Qara Dəniz vasitəsilə daşınmasını asanlaşdıran sazişdə iştirakını bərpa etdiyini bildirib.

Gununsesi.info bildirir ki, Müdafiə Nazirliyinin bəyanatında “Rusiya Federasiyası hazırda aldığı təminatların yetərli olduğunu hesab edir və sazişdəki icrasını bərpa edir” deyilib.

HTML tutorial

Ukraynanın Rusiyanın Qara Dəniz Donanmasına dronlarla hücum etdiyi iddiası ilə Rusiya şənbə günü sazişdəki iştirakını dayandırdığını elan etmişdi.

Birləşmiş Millətlər Təşkilatı və Türkiyə iyul ayında, qlobal ərzaq böhranı fonunda Rusiya və Ukrayna ilə Ukraynadan taxıl daşınmasının bərpasına, Rusiyadan isə gübrə nəqlinə icazə verilməsi üçün razılıq əldə edib.

Rusiyanın razılıqdan çıxması son günlər daşımaları dayandırdığı vaxt, sazişin digər tərəfləri bəzi yüklərin Ukrayna limanlarından çıxarılması və müqavilə çərçivəsində nəzərdə tutulan bəzi yoxlamaların İstanbulda aparılmasına çalışıb.

Ukrayna Prezidenti Volodimir Zelenski çərşənbə axşamı gecə etdiyi çıxışında taxıl dəhlizinin “etibarlı və uzunmüddətli mühafizəyə ehtiyacı olduğunu” deyib.

“Rusiya açıq-aydın bilməlidir ki, ərzaq ixracımızı pozan hər hansı addıma dünya tərəfindən sərt cavab veriləcək. Bu, sözün əsl mənasında on milyonlarla insanın həyat məsələsidir,” Zelenski bildirib.

Çərşənbə axşamı Pentaqon da Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə etmək üçün ğ İrandan daha çox silah ala biləcəyi ilə bağlı “narahatlıq” ifadə edib.

Rusiya bu yaxınlarda İran istehsalı olan dronlarla mülki infrastrukturu hədəf alıb və ABŞ-ın bildirdiyinə görə, Rusiya ordusuna Krım yarımadasından dron hücumlarını həyata keçirməsinə iranlı mütəxəssislər yardım edib.

“Rusiyanın Ukraynada istifadə etmək üçün İrandan əlavə təkmiləşdirilmiş hərbi sursat, məsələn, “yer-yer” tipli raketlər ala biləcəyi ilə bağlı narahatlığımız var,” Rayder bildirib.

Atlantada qərargahlanan CNN xəbər şəbəkəsinin bildirdiyinə görə, İran qısa mənzilli “yer-yer” tipli ballistik raketlər və pilotsuz təyyarələr də daxil olmaqla, Rusiyaya təxminən 1000-ə yaxın əlavə silah göndərməyə hazırlaşır.

 

Gununsesi.info