Rusiya Ukrayna ilə bağlı qətnaməyə veto qoydu

  • By admin
  • 26 Fevral 2022 09:58

Rusiya BMT Təhlükəsizlik Şurasındakı veto hüququndan istifadə edərək, bir qrup Qərb dövləti tərəfindən Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatını pisləyən qətnaməyə mane olub.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS-ın hadisə yerində olan müxbiri məlumat verib. Qətnamə layihəsini 11 ölkə dəstəkləyib, Çin, Hindistan və BƏƏ bitərəf qalıb. Qətnamə Rusiyanı BMT nizamnaməsini pozduğuna görə qınamaq, Rusiyadan Ukraynaya qarşı güc tətbiqini dayandırmaq və qoşunlarını geri çəkməyi tələb etmək məqsədi daşıyıb.

Sənəddə həmçinin Rusiyanın Donetsk və Luqansk xalq respublikalarının müstəqil kimi tanınması pislənəcək və Rusiyadan bu qərarı ləğv etməsi tələb olunacaq.

Gununsesi.info