“Rusiya Ukrayna ilə dialoqu bərpa etməyə hazırdır

  • By admin
  • 19 Oktyabr 2017 22:30

putin-serencam

Rusiya Ukrayna ilə konstruktiv dialoqu bərpa etməyə hazırdır, Rusiya üçün sərhədində heç bir münaqişə gərək deyil.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin “Valday” diskussiya klubunun toplantısında çıxışı zamanı bildirib.
“Gəlin konstruktiv, məzmunlu, diplomatlar demişkən, substantiv dialoqa qayıdaq. Biz hazırıq, bunu böyük məmnuniyyətlə edəcəyik, bu nə qədər tez baş versə, o qədər yaxşıdır”, – deyə Putin qeyd edib.

“Rusiya Ukraynanın simasında dost dövlət görmək istəyir”, – deyə Rusiya prezidenti əlavə edib.

Gununsesi.info