“Rusiya Ukrayna ilə bağlı danışıqlara açıqdır” -Lavrov

  • Müəllif: Sənan
  • 30 May 2024 16:08

“Rusiya əvvəlki kimi Ukrayna böhranının həlli ilə bağlı danışıqlara açıqdır. Ukraynada münaqişəni həll edərkən söhbət atəşkəsdən yox, sülhdən getməlidir”.

Gununsesi.info  xəbər verir ki,  bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

Lavrovun sözlərinə görə, Ukrayna münaqişəsi çərçivəsində Kiyevə fasilə verməyin mənası yoxdur, çünki bu fasilədən qoşunları yenidən qruplaşdırmaq, həmçinin Ukrayna Silahlı Qüvvələrini silah və sursatla təchiz etmək üçün istifadə edilir.

Gununsesi.info