Rusiya Ukrayna kəşfiyyatına məxsus mərkəzi vuracağını açıqladı

  • By admin
  • 01 Mart 2022 18:58

Rusiya Müdafiə Nazirliyi Kiyevdə Ukrayna kəşfiyyatına məxsus informasiya hücumu edən mərkəzi yüksək həssaslığa malik silahlarla vuracağını açıqlayıb.

Gununsesi.info xəbər verir ki, bunu nazirliyin sözçüsü İqor Konaşenkov bildirib.

“Bu gündən etibarən Ukrayna Silahlı Qüvvələrinin Azov dənizinə çıxışı tamamilə kəsilib”, – o əlavə edib.

Konaşenkov qeyd edib ki, Rusiya qüvvələri Ukraynada 1325 hərbi infrastrukturu məhv edib:

“Bugünədək Ukrayna ordusuna məxsus 395 tank və zirehli maşın, 59 çoxlüləli raketatan, 179 top, 286 hərbi maşın məhv edilib.

Rusiyaya qarşı informasiya hücumunu dayandırmaq üçün Kiyevdəki Ukrayna kəşfiyyatının texnoloji müəssisələri və 72-ci Əsas Psixoloji Xüsusi Əməliyyat Mərkəzi yüksək həssaslığa malik silahlarla vurulacaq”.​

 

 

Gununsesi.info