“Rusiyanın Ukraynaya qarşı müharibəsi çox güman ki, danışıqlar masası arxasında bitəcək”.
Gununsesi.info xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.
“Məqsədimiz Ukraynaya döyüş meydanında danışıqlarda Kiyev tərəfi üçün məqbul şərait yaradan belə bir nəticə əldə etməyə kömək etməkdir. Yəni seçimdən danışırıq: ya Ukraynaya müharibədə qalib gəlməyə kömək edirik, ya da danışıqları dəstəkləyirik”, – Stoltenberq əlavə edib.
Gununsesi.info