Rusiya Ukrayna sərhədinə hücum aviasiyası yığır - NYU YORK TAYMS

  • By admin
  • 12 Yanvar 2022 15:45

ABŞ rəsmiləri bildiriblər ki, Rusiya Prezidenti Vladimir Putin hərbi helikopterləri Ukrayna ilə sərhədə göndərməklə bağlı ilk addımları atıb və bu, qonşu ölkəyə hücum planlaşdırmasının davam etdiyinə işarədir.

Gununsesi.info xəbər verir ki, bu barədə “Nyu York Tayms” qəzeti yazıb.

HTML tutorial

Nəşr qeyd edib ki, amerikalı rəsmilər dekabrın sonu, yanvarın əvvəllərində Ukrayna sərhədinə əlavə rus qoşunlarının göndəriləcəyini və bu sayın 175 minə qədər çatdırılacağını gözləyirlər.

“Yerləşdirilmə səngisə də, hələ də sərhəddə 100 minə yaxın hərbçi var və hazırda Rusiya ora əlavə zərbə aviasiyası da yerləşdirib. Putin Ukraynanı işğal etmək qərarına gələrsə, hücum və nəqliyyat helikopterləri, həmçinin qırıcı təyyarələr Rusiya üçün əsas üstünlük olacaq”, – qəzet bildirib.

“Nyu York Tayms” onu da qeyd edib ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus RC-135 radioelektron kəşfiyyat təyyarəsi dekabrın 27-dən bəri mütəmadi olaraq Ukrayna üzərində uçuşlar həyata keçirir:

“Bu, ABŞ kəşfiyyatına rus komandirlərin danışıqlarını dinləməyə imkan verir. ABŞ Hərbi Hava Qüvvələri həmçinin yerüstü hədəfləri izləmək üçün E-8 JSTARS təyyarələrindən istifadə edir və onların köməyi ilə Rusiya qoşunlarının yerləşməsini və hərəkətlərini izləyir”.

 

Gununsesi.info