“Rusiya-Ukrayna savaşının bitməsinə çalışırıq” -Ərdoğan

“Rusiya-Ukrayna savaşının sona çatmasına çalışırıq”.

Gununsesi.info xəbər verir ki, bunu Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul Konqres Mərkəzində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin (İSEDAK) 38-ci toplantısında çıxışı zamanı söyləyib.

HTML tutorial

“Rusiya-Ukrayna savaşının sonlandırılması üçün ilk gündən etibarən sıx şəkildə çalışırıq. Qara dəniz üzərindən taxıl koridoru və əsirlərin dəyişdirilməsini həyata keçirərək diplomatik həllin mümkünlüyünü göstərdik. 11 milyon tondan çox taxılın nəqlini mümkün etdik. Taxıl sazişinin 19 noyabrdan etibarən 120 gün uzadılmasının afrikalı qardaşlarımızın sıxıntısını bir az da olsa, azaldacağına inanırıq. Qlobal böhran davam edir”, – deyə Ərdoğan vurğuayıb.

Gununsesi.info