Rusiya-Ukrayna savaşının taleyi Antalyada həll olunur

Dünyanın gözü bu gün Türkiyədə, Antalyada olacaq. Ukrayna və Rusiya arasında müharibə başlayandan bəri ən yüksək səviyyəli görüş bu gün Antalyada keçiriləcək.

Gununsesi.info xəbər verir ki, bu gün Rusiya və Ukraynanın xarici işlər nazirləri görüşəcək.

Görüşün saat 11-də ( yerli saatla 12-də) başlayacağı gözlənilir. Görüş xarici işlər naziri Mövlud Çavuşoğlunun iştirakı ilə üçtərəfli formatda baş tutacaq.

Rusiya və Ukrayna nümayəndə heyətləri görüşdən kənar görüşməyəcək və ayrı-ayrı otellərdə qalacaqlar.

Görüşdən dərhal sonra tərəflərin mətbuat konfransı keçirməsi gözlənilir.

Gununsesi.info