Rusiya Ukraynada 200 min itki verib - "The New York Times"

  • By admin
  • 03 Fevral 2023 10:08

Rusiya Ukraynadakı ölü və yaralılarının sayı 200 min ətrafındadır.

Gununsesi.info xəbər verir ki, bunu “The New York Times” nəşri yazıb.

ABŞ və digər Qərb ölkələrinin rəsmi hesablamalarına görə, Ukraynada ölən və yaralanan rus hərbçilərinin sayı 200 min nəfərə yaxınlaşır. Qəzet yazır ki, Baxmut və Soledar uğrunda döyüşlərdə Rusiyanın itkiləri xeyli artıb.

Moskvanın böyük qələbəyə ehtiyacı olduğu və Baxmutu bütün şərqi Donbası ələ keçirməyin açarı kimi gördüyü üçün zəif təlim keçmiş yeni çağırışçılar və keçmiş məhbuslar cəbhə bölgələrinə göndərilib. Nəticədə hər gün yüzlərlə hərbçi ölür və ya yaralanır.
Qəzet yazır ki, Ukrayna tərəfi də eyni itkilərə məruz qalır, baxmayaraq ki, o cümlədən Kiyev onları açıqlamadığına görə real rəqəmləri müəyyən etmək çətindir. Ötən ilin noyabrına olan hesablamalara görə, hər bir tərəfin 100 000-dən çox əsgər itirdiyi və yaralandığı deyilirdi.

Yanvarda isə ABŞ rəsmiləri Rusiya tərəfinin itkilərinin 200 minə yaxınlaşdığına inandıqlarını söyləyiblər. Bu, Əfqanıstanda 20 il davam edən müharibədə ABŞ-ın itkilərindən 8 dəfə çoxdur.

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma “Donetsk XR” və “Luqansk XR” separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Gununsesi.info