Rusiya Ukraynada 35 min hərbçi itirib

“Ukrayna müdafiəçiləri artıq 35 min işğalçını məhv ediblər”.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı öz Facebook səhifəsində məlumat yayıb.

Qeyd olunur ki, fevralın 24-dən iyunun 27-dək düşmənin ümumi döyüş itkiləri təxminən aşağıdakı kimidir:

şəxsi heyət – 35 min (+150) nəfər;
tanklar – 1552 (+20);
zirehli döyüş maşınları – 3687 (+28);
artilleriya sistemləri – 771 (+7);
reaktiv yaylım atəşi sistemi – 243 (+0);
hava hücumundan müdafiə sistemləri – 101 (+2);
təyyarə – 217 (+ 0);
helikopterlər – 184 (+0);
operativ-taktiki PUA – 636 (+6);
qanadlı raketlər – 139 (+0);
gəmilər/qayıqlar – 14 (+0);
nəqliyyat vasitələri və yük maşınları – 2 min 575 ( +11);
xüsusi avadanlıq – 60 (+0).

Gununsesi.info