Rusiya Ukraynanı belə vurub -VİDEO

Xəbər verdiyimiz kimi, Rusiya ordusu bu gün səhər saatlarından başlayaraq Ukraynanın 10-dan çox bölgəsinə raket zərbəsi endirib. Hadisə nəticəsində ölən və yaralılar var.

Gununsesi.info ” “TASS”a istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Ukrayna bölgələrinə atılan raketlərin buraxılış anını əks etdirən videogörüntülər yayıb.

HTML tutorial

Sözügedən görüntülərdə Qara Dəniz Donanmasına məxsus gəmidən raketlərin atılması anı əks olunub.

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-leytenant İqor Konaşenkovun sözlərinə görə, nəzərdə tutulan bütün obyektlər vurulub.

Qeyd edək ki, Rusiya Ukraynanın hərbi idarəetmə, əlaqə və enerji sistemləri obyektlərinə zərbə endirdiyini açıqlayıb.

Gununsesi.info