“Rusiya Ukraynanı iflic etməyə çalışır”

“Hərbçilərin və təhlükəsizlik qüvvələrinin, müəllim və həkimlərin əməkhaqlarının, təqaüdlərin ödənilməsi üçün Ukraynaya ayda 3 milyarddan 5 milyard avroya qədər vəsait tələb olunur”.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının sədri Ursula von der Lyayen Berlində Ukraynanın bərpasına həsr olunan beynəlxalq donor konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Avropa İttifaqının, ABŞ-ın və beynəlxalq maliyyə institutlarının yardımı lazımdır: “Aİ Ukraynanı bir ay üçün 1,5 milyard avro səviyyəsində maliyyələşdirməyə hazırdır ki, bu da 2023-cü ildə təxminən 18 milyard avro təşkil edəcək”.

Lyayen, həmçinin çıxışı zamanı Rusiyanın Ukraynanın infrastrukturuna zərbə endirdiyini də qeyd edib: “Rusiya Ukraynanı iflic etməyə çalışır, lakin biz bunun baş verməsinə imkan verməməliyik”.

Gununsesi.info