Rusiya Ukraynanı NATO-ya üzv olmaq şansından məhrum edib - İvasyuk

Rusiya Ukraynanı NATO-ya üzv olmaq şansından məhrum edib.

Gununsesi.info xəbər verir ki, bunun Ukrayna prezidentinin keçmiş müşaviri Valeri İvasyuk deyib.

HTML tutorial

O bildirib ki, Ukrayna alyansa daxil olana qədər NATO fəaliyyətini dayandıracaq.

“Mən dərindən əminəm ki, nə qədər ki, Rusiya indi mövcud olduğu formatda mövcud olacaq, NATO Ukraynanın alyansın üzvü olmasından tez öz mövcudluğunu dayandıracaq” – İvasyuk bildirib.

Rəsmi Moskva bəyan edir ki, NATO-nun şərqə doğru genişlənməsi və Ukrayna ərazisinə hücum silahlarının yerləşdirilməsi Rusiya üçün qırmızı xətdir. Mövcud narahatlıqları aradan qaldırmaq üçün Rusiya hakimiyyəti ABŞ və NATO-ya təhlükəsizlik zəmanətləri ilə bağlı müqavilə və sazişlər bağlamağı təklif edib. Artıq sənədlər baxılmaq üçün təqdim olunub. Rəsmi Moskva, Vaşinqton və Brüssel yanvarda bu təşəbbüsü müxtəlif formatlarda müzakirə edəcəklər.

Avromaydandan və 2014-cü ilin fevralında hakimiyyət dəyişikliyindən sonra Ukrayna NATO-ya üzvlük istiqamətində kursunu bərpa edib. Ötən ilin iyununda Şimali Atlantika Şurası Ukraynaya genişləndirilmiş tərəfdaş statusu verib. Eyni zamanda, NATO bu statusun ölkənin alyansa üzvlüklə bağlı qərara təsir etmədiyini vurğulayıb.

Gununsesi.info