Rusiya Ukraynanın dəniz limanlarını blokadaya aldı

  • By admin
  • 19 İyul 2023 21:08

“Taxıl sazişi”nin müddəti bitdikdən sonra Rusiya Ukraynanın dəniz limanlarını blokadaya alıb.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, Ukraynanın 12 yük gəmisi Odessa və Nikolayev dəniz limanlarında mühasirəyə alınıb.

Bildirilib ki, Rusiyanın bombardmanından sonra heç bir yük gəmisi Ukraynaya daxil ola bilməyib.

Qeyd edək ki, Rusiya iyulun 18-də Ukraynanın Odessa və Nikolayev şəhərlərini bombardman edib.

Gununsesi.info