Rusiya Ukraynanın Kuraxov şəhərini vurdu -Ölənlər var

  • By admin
  • 07 Dekabr 2022 19:15

Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Kuraxov şəhərinə zərbələr endirib.

Gununsesi.info xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

Onun sözlərinə görə, şəhər ərazisində yerləşən bazar, avtovağzal, yanacaqdoldurma məntəqəsi, yaşayış binaları atəşə tutulub.

İlkin məlumata əsasən, zərbələr nəticəsində 6 mülki şəxs həlak olub, 5-i yaralanıb.

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Kiril Timoşenko isə bildirib ki, Rusiya ordusunun zərbələr endirməsi nəticəsində 8 nəfər həlak olub, 5 nəfər yaralanıb.

Gununsesi.info