“Rusiya tələbləri yerinə yetirməyincə, sanksiyalar saxlanılacaq” - REKS TİLLERSON

  • By admin
  • 08 Mart 2017 07:40

Reks Tillerson

ABŞ dövlət katibi Reks Tillerson Ukraynanın XİN rəhbəri Pavel Klimkinlə görüşündə Rusiyaya qarşı sanksiyaların qüvvədə qalacağını qeyd edib.

Gununsesi.info APA-ya istinadən xəbər verir ki, bu barədə ABŞ Departamentinin rəsmi nümayəndəsi v.m.i.e. Mark Toner jurnalistlərin müvafiq sualına cavabında bildirib.

“Rusiya Ukraynanın şərqinə və Krıma dair tələbləri yerinə yetirməyincə, sanksiyalar saxlanılacaq”, – deyə Toner bildirib.

Onun sözlərinə görə, görüşdə Ukraynanın daxili işləri və Minsk razılaşmalarının icrasına dair narahatlıq müzakirə edilib.

“Dövlət katibi ABŞ-ın Ukraynanın dəstəklənməsinə və tərəflərin Minsk öhdəliklərinə əməl etdirilməsinə sadiq qaldığını təsdiqləyib”, – deyə Toner əlavə edib.

Gununsesi.info