Rusiya Ukraynanın Xarkov vilayəti ətrafına yeni qüvvələr yerləşdirir

Rusiya Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin uğurlu əməliyyatlar keçirdiyi Xarkov vilayəti ətrafına yeni qüvvələr yerləşdirir.

Gununsesi.info xəbər verir ki, bu barədə “dw” məlumat yayıb.

Bildirilib ki, Rusiyanın Müdfiə Nazirliyi sentyabrın 9-da bunu əks etdirən videomaterial yayıb.

Rəsmi videoda zirehli texnika, xüsusi avtotexnika karvanı və başqa hərbi texnikanın daşınması görünür.

Bir müddət əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Xarkov vilayətinin Balakley rayonundakı vəziyyətlə bağlı suala cavab verməkdən yayınaraq deyib: “Belə sualları Rusiyanın Müdafiə Nazirliyinin əməkdaşı Konaşenkoya müraciət edin”.

Qeyd edək ki, ötən gün Ukrayna hərbçiləri Xarkov vilayətində 700 kv. km ərazinin Rusiya işğalından təmizlənməsinə dair məlumat yayılıb.

Gununsesi.info