
ABŞ prezidenti Co Bayden müttəfiq ölkələrin liderləri ilə videokonfrans zamanı deyib ki, Rusiya fevralın 16-da Ukraynaya hücum edə bilər.
Gununsesi.info xəbər verir ki, məlumatı öz mənbələrinə istinadən “Politico” qəzeti yayıb.
Söhbətdə Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Polşa, Rumıniya və Fransa liderləri, həmçinin NATO-nun baş katibi və Avropa Komissiyasının rəhbəri iştirak ediblər.
Qəzetin yazdığına görə, Vaşinqton müttəfiqlərinə bildirib ki, ABŞ-ın hesab etdiyi kimi, işğaldan əvvəl raket zərbələri və kiberhücumlar ola bilər.
Öz növbəsində adı çəkilməyən Britaniya rəsmisi qəzetə bildirib ki, London fevralın 16-sı ilə bağlı kəşfiyyat məlumatlarını fərqli şərh edir. Belə ki, diplomatlardan biri Avropa İttifaqının hələ də buna inanmaq istəmədiyini bildirib.
Eyni zamanda, nəşrin özü etiraf edir ki, 16 fevral tarixli kəşfiyyat məlumatları hələ də “xam” ola bilər və ABŞ hakimiyyət orqanları tərəfindən vəziyyətin ümumi qiymətləndirilməsini əks etdirmir.
Gununsesi.info